Sumqayıt şəh, Sülh küç, Sülh Plaza 705

Laminar şirkəti haqqında

Laminar su arıtma şirkəti olaraq abunəçilərimizə mükəmməl məhsullar və xidmətlər təqdim etməkdən qürur duyuruq.

Laminar, 2015-ci ildən etibarən su təmizləmə sahəsində göstərdiyi xidmət və məhsulları ilə minlərlə məmnun müştəriyə sahibdir. 

Şirkətimiz içməli su ehtiyatlarının getdikcə azaldığı və tərkibinin pozulduğu bu dövrdə, həyat sağlamlığımız üçün vacib olan təmiz suyu öz məkanlarında hərkəsə əlçatan etmək məqsədi ilə hər növ su təmizləmə xidmətləri və məhsullar təqdim edir. Əsas məqsədimiz sektorda inkişaf edən, daim yenilənən ən son texnoloji yenilikləri izləyib tətbiq etməklə insanların həyat səviyyəsinin yaxşılaşdırılması və ekoloji cəhətdən sağlam su ilə təmin edilməsidir.

Müştərilərimizə su təmizlənməsi sahəsində kompleks xidmətlər təklif edirik. Şəbəkə suyu, quyu suları, dəniz suyu, hətta tullantı və kanalizasiya sularının belə təmizlənməsi tərəfimizdən mümkündür. Müştərilərimiz suların kimyəvi analizi, layihələrin verilməsi, müştəri ehtiyacına uyğun qurğuların sifarişi, quraşdırılması və texniki servisi kimi geniş xidmət imkanlarımızdan faydalana bilərlər.

Xidmətlərin keyfiyyətinə və operativliyinə nəzarət etmək üçün abunəçilərimizə 7/24 fəaliyyət göstərən müştəri xidmətləri mərkəzi xidmət edir.

Peşəkar satış və servis komandamızın bu səviyyəyə gəlməsində rolu olan, bizi qəbul edib xidmətlərimizə dəyər verən, Laminar ailəsinin hər bir dəyərli üzvünə, əsas da müştərilərimizə dərin təşəkkürümü bildirirəm.

  • Sumqayıt şəh, Sülh küç, Sülh Plaza 705
    Baki, Yasamal ray, Şeyx Məhəmməd Xiyabani küç. 8

  • Bizimlə əlaqə

    +994555404080
  • Quick Email us

    info@laminar.az